İspaniya Çexiyaya 1:0

İspaniya millisi qələbəni qeyd edir. D qrupunda münarizə aparan komanda növbəti oyununa iyunun 17-də Türkiyə millisi ilə çıxacaq. Çexiya millisi isə elə həmin gün Xorvatiya yığması ilə görüşəcək. Qeyd edək ki, Xorvatiya ilk görüşdə Türkiyə millisini 1:0 hesabı ilə məğlub edib.

İspaniya millisi "Avro-2016" nın qurup mərhələsində Çexiya millisini 1:0 hesabı ilə məğlub elədi. Yeganə topu 87-ci dəqiqədə 3 nömrəli oyuncu Gerard Pique vurdu. O baş ilə Ptr Çexin qapısına yol tapa bildi. Bundan sonra oyuna edilən əlavə vaxtda hesab dəyişməz qaldı. Beləliklə İspaniya millisi qrup mərhələsində ilk qələbəsini qazandı. Oyunun sonlarında Çexiya millisinin də 1 dəfə qol şansı oldu. Amma Vladimir Darida bu şansdan istifadə edə bilmədi.

İspaniya millisinin kabitanı, 15 nömrəli oyuncu Sergio Ramos topu başı ilə qapıya doğru vurur. Amma top qapıya girmir. İspaniya millisinin bir neçə dəfə qol şansı olsa da həllik bundan istifadə edə bilməyib.Hazırda oyunun 64-cü dəqiqələri gedir. Çexiya millisi də ikinci hissədə bir dəfə fərqlənə bilərdi. Amma Roman Hubnik şansdan istifadə edə bilmədi. İspaniya millisinin qapıçısı David De Gea topu asanlıqla tutdu.

Oyunun birinci hissəsi başa çatdı. İspaniya millisinin qapıçısı David de Gea sonuncu dəqiqələrdə uzaqdan vurulan zərbəni asanlıqla tutur. İspaniya millisi daha fəaldır.  Amma hələlik hesab açılmayıb. Topa daha çox İspaniya millisi nəzarət edir.

Alvaro Morata qapıya zərbə endirir. Hazırda oyunun 39-cu dəqiqəsi gedir. İspaniya millisi daha çox fəaldır, hücuma can atır. Amma hələlik hesab açılmayıb.

İspaniya-Çexiya görüşü başladı.Hazırda oyunun 10-cu dəqiqələri gedir. Hələlik hesab açılmayıb. Hər iki komanda hücuma meyilli oyun nümayiş elətdirir. Amma komandalardan heç birinin hələlilk real şansı olmayıb.

İspaniyalı azarkeş oyun öncəsi. Qeyd edək ki, D qrupunda İspaniya və Çexiya milliləri görüşür. İspaniya millisi ötən çempionatın qalibidir. Tuluzada keçirilən görüş Bakı 17:00. İspaniya-Çexiya Baş hakim: Şimon Martsinyak Yan xətt hakimləri: Pavel Sokolnitski, Tomaş Listkeviç Əlavə köməkçi-hakimlər: Pavel Raçkovski, Tomaş Musyaldır (hamısı Tuluza)

Çexiyalı azarkeş oyuna hazırlaşır. Bu komandaların mübarizə apardığı D qrupuna hazırda 3 xalla Xorvatiya millisi başçılıq edir. Komanda bu xalı bir gün əvvəl Türkiyə üzərindəki qələbə ilə qazanıb.Həmin oyunda xorvatlar türkləri 1:0 hesabı ilə məğlub edib. Çexiya millisində Tomáš Rosický və qapıçı Petr Čech kimi veteran oyunçular var.