Fransa UEFA-nın xəbərdarlığını dəstəkləyir

Bernard Cazeneuve

Fransa UEFA-nın xəbərdarlığını dəstəkləyib.

UEFA Rusiya və İngiltərəyə xəbərdarlıq edib ki, avroçempionatı çərçivəsində azarkeşləri yenə zorakılıq eləsələr, bu komandalar Avro 2016-dan çıxarıla bilər.

Daxili işlər naziri Bernatd Qaznöv bildirib ki, bu cür insidentlər törədənlərin komandaları cəzalandırılacaq:

“Sözçüz stadionun daxilində və əlbəttə ki, kənarında azarkeşləri bu cür insidentlər törədən milli federasiyalar cəzalandırılmalıdır”.

UEFA-nın nizam-intizam komitəsiartıq iyunun 12-də Rusiyaya qarşı araşdırmaya başlandığını bəyan edib.

Buna səbəb Marsel şəhərində rusiya və ingiltərəli azarkeşlər arasında dava düşməsi və zorakılıqlardır.

Qeyd edək ki, iyunun 11-də keçirilən görüş 1:1 olub və rusiyalı fanatlar oyun qurtardıqdan sonra ingiltərəli azarkeşlərə tərəf cumaraq rəqib fanatları ayıran baryeri aşıblar.

UEFA bildirir ki, Rusiya tərəfiiğtişaş salma və irqçi davranışda ittiham olunur.

Rusiyanın İdman naziri Vitaly Mutko UEFA-nın qərarıyla razılaşsa da, bildirib ki, təşkilatçılar günahlandırılmalıdır.