Rooney Bale-i təriflədi

Wayne Rooney

-

İngiltərə yığmasının kapitanı Wayne Rooney komandasının Uelslə oyun ərəfəsində rəqibin ulduzu Gareth Bale-i «saxlamaq» üçün heç bir xüsusi plan hazırlamayacağını deyib: «Düşünürəm ki, o, fantastik futbolçudur, bəlkə də dünyanın ən yaxşı futbolçularının 5-liyindədir. Gareth Uelsin ən təhlükəli silahıdır, ancaq meydanda yalnız onu «saxlamaqla» məşğul olmayacağıq. Meydana öz oyunumuzu göstərmək üçün çıxacağıq. Qoy Uels bizə qarşı necə oynayacağını düşünsün».

Xatırladaq ki, B qrupunda ilk turun oyunlarında Uels Slovakiyanı məğlub edib (2:1), İngiltərə isə Rusiya ilə heç-heçəyə (1:1) razılaşıb. İngiltərə ilə Uels iyunun 16-sı, Bakı vaxtı ilə saat 17.00-da qarşılaşacaq.