İranla sərhəddə kürd yaraqlıları öldürülüb

PJAK-ın qadın üzvləri

-

İranın elit İslam İnqilab Qvardiyası bildirir ki, İraqla sərhəddə beş kürd üsyançı öldürülüb.

Qvardiyanın iyunun 13-də yaydığı məlumata görə, öldürülənlər Kürdüstan Azad Həyat Partiyasının (PJAK) üzvləridir və bir ay öncə üç iranlı Bəsic yaraqlısının ölümünə görə məsuliyyət daşıyır.

İnsident barədə əlavə məlumat verilmir.

PJAK İraqda mənzillənən İran-kürd partiyasıdır, Türkiyədə qadağan olunmuş Kürd Fəhlə Partiyasına (PKK) bağlılığı var.

Bu partiyanın üzvləri ara-sıra İraq-İran sərhədində İran qüvvələri ilə toqquşur.

Sentyabrdakı toqquşmalarda iki PJAK döyüşçüsü və iranlı əsgər həlak olub.