​Avro-2016: Biletlərin 99 faizi satılıb

-

Qitə çempionatının oyunları üçün nəzərdə tutulan biletlərin 99 faizi satılıb.

Bunu jurnalistlərə turnirin startı ilə bağlıkeçirilən mətbuat konfransında UEFA-nın yarışlar üzrə icraçı direktoru Martin Kallen açıqlayıb.

Onun dediyinə görə, təxminən 8000 bilet sahibini gözləyir. Kallen bütün stadionların turnirə hazır vəziyyətdə olduğunu da əlavə edib:

“Lill, Marsel və Nitsadakı arenaların ot örtüyünü dəyişmişik. Yeni qazonlar hazırda yaxşı vəziyyətdədir. Stadionların ətrafında təhlükəsizlik sədləri yaradılıb ki, bu da turnir üçün vacibdir. Azarkeşlərdən arenalara bir qədər tez gəlməyi xahiş edirik”.