Abxaziya Rusiyaya qoşulmaq istəmir

Artur Mikvabiya

Gürcüstanın separatçı Abxaziya bölgəsi Rusiyaya birləşməklə bağlı referendum keçirmək fikrində deyil.

RİA Novosti-nin məlumatına görə,bunu iyunun 10-da tanınmayan Abxaziya hökumətinin başçısı Artur Mikvabiya bəyan edib.

Onun sözlərinə görə, Sxumi Cənubi Osetiyanın ardınca getmək fikrində deyil.

Qeyd edək ki, Gürcüstanın digər separatçı bölgəsi Cənubi Osetiya 2017-ci ildə belə bir referendum keçirmək fikrindədir.

Mikvabiya deyib ki, Abxaziya Rusiyaya etibarlı və sadiq dost olan “müstəqil dövlət” kimi qalmaq istəyir.

Qeyd edək ki, Rusiya 2008-ci ildə Gürcüstanla qısa müharibədən sonra bu separatçı bölgələri müstəqil dövlətlər kimi tanıyıb.

Amma beynəlxalq aləm onları müstəqil ölkə kimi tanımır və Gürcüstanın qanuni ərazisi hesab edir.