Fransada təhlükəsizlik tədbirləri gücləndirilib

Foto arxiv

Fransada futbol üzrə Avropa Çempionatına hazırlıq çərçivəsində yüksək səviyyətə təhlükəsizlik tədbirləri görülür.

Çempionat vaxtı mümkün gözlənilməz insidetlərin qarşısının alınmasına 13 minədək təhlükəsizlik qüvvəsləri cəlb edilib.

Bundan başqa paytaxt Parisdə tarixi və içtimai yerlərin mühavizəsinə 1200 əsgər ayrılıb.

Sakinlər və qonaqlar özlərini təhlükəsiz hiss elədiklərini deyirlər.

Əsgərlər böyük təzyiq altında olduqlarını, amma istənilən insidentin qarşısını almaq üçün yaxşı hazırlaşdıqlarını deyirlər.

“Patrul xidmətinə çıxanda üstümüzdəazı 4 patron darağı olur. Uzun xidmətə çıxanda həmişə çox sayıq olur, künc-bucaqda şübhəli şey olub-olmamasını və ya hansısa pəncərənin açılıb-açılmamasını izləyirik”,Li Ley adlı əsgər deyir.

Qeyd edək ki, çempionat bu gün açılıb.