Zaqatalada dağlara qar yağıb

Qar

-

Böyük Qafqaz sıra dağlarının cənub ətəyinə, Zaqatala rayonuna qar yağdığı bildirilir.

APA xəbər verir ki, son günlər Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə son 15 gündə fasilələrlə yağış yağıb, havanın temperaturu bir xeyli aşağı düşüb.

Böyük Qafqaz sıra dağlarının cənub ətəklərinə isə qar yağdığı deyilir.