Sabah da yağacaq

Yağış

-

İyunun 10-u Bakı və Abşeronun yarımadasında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 15-18, gündüz 20-25, Bakıda gecə 16-18, gündüz 23-25 dərəcə isti olacaq.

İyunun 10-da ölkə rayonlarında da şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimal edilir. Gecə 13-18, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 12-17 dərəcə isti olacaq.

Son həftə Azərbaycanın həm Aran, həm də Qərb rayonlarına dolu düşüb. Dolunun əkin sahələrin ciddi ziyan vurduğu bildirilir. İntensiv yağan yağışlar torpaq sürüşmələrini də bir xeyli artırıb.