Rusiya ABŞ-a təklif verir

Rusiya təyyarəsi, arxiv fotosu

-

Rusiyanın Müdafiə Nazirliyi bildirir ki, Birləşmiş Ştatlara açıq dəniz və hava məkanında münaqişədən qaçmaqdan ötrü mexanizm hazırlanmasını təklif edib.

Nazirlik iyunun 8-də ABŞ ordusuyla məsləhətləşmələr zamanı bildirib ki, “Rusiya insidentlərin önlənməsi məqsədilə mexanizm hazırlanması üzrə təkliflər verib”.

Bir müddət öncə iki ölkə bir neçə gərgin insident yaranıb. Apreldə Rusiya qırıcısı ABŞ təyyarəsinə xeyli yaxınlaşıb. Daha sonra iki təyyarə isə Baltik Dənizi üzərində USS Donald Cook gəmisi üzərindən uçub.

Pentaqon bu manevrləri “təhlükəli” və “qeyri-peşəkar” adlandırıb.