Ukrayna parlamentinin deputatı və keçmiş pilot Nadia Savchenko bildirib ki, Donmasda yeni “amansız müharibə” başlana bilər.
Onun sözlərinə gprə, hazırda rusiyapərəst separatçıların nəzarətində olan ərazilərdə 3 atəş xətti mövcuddur və onlardan ikisində indiyədək görünməmiş sayda Rusiya qüvvələri var.
O, bunu Donbasdan qayıtdıqdan sonra keçirdiyi mətbuat konfransıda deyib.
Məlumatı “112 Ukrayna” televiziya kanalı yayıb.
O həmçinin əsirlərin mübadiləsi üçün separatçıların liderləri ilə birbaşa danışıqlara hazır olduğunu deyib.
Savchenko Donbasda iyunun 6-da olub.
Qeyd edək ki, Rusiyada 22 il azadlıqdan məhrum edilmiş Savchenko bu yaxınlarda əfv vəmübadilə əsasında vətəninə verilib.