Dollar yenə cüzi bahalaşdı

-

Azərbaycan Mərkəzi Bankı manatın iyunun 9-a olan məzənnəsini açıqlayıb.

Həmin məzənnəyə görə, iyunun 9-da bir dollar 1,5084 manat olacaq. Bu bir gün əvvəlki məzənnə ilə müqayisədə manatın 0,20 faiz ucuzlaşması deməkdir.

İyunun 8-i bir dollar 1, 5054 manat olmuşdu.

Artıq 2-ci həftədir ki, manat dollara nisbətdə ucuzlaşır.

Halbuki, son aylar manat möhkəmlənməkdə idi. Azərbaycanda ötən il dekabrın 21-də baş verən son devalvasiyada bir dollar 1 manat 55 qəpik olmuşdu.