-
NATO-nun Nortvud Dəniz Komandanlığının ekspert qrupu Bakıdadır. Səfərin məqsədi Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndələri ilə işçi görüşün keçirilməsi olub.
*Youtube Kanalımıza abunə ol və hər gün yeni video izlə
Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, işçi görüşün əsas mövzusu “Dənizdə təqibetmə əməliyyatları üzrə göyərtə-axtarış bölmələri”dir.
Görüşdə Azərbaycan Hərbi Dəniz Qüvvələrində, NATO-da tətbiq olunan standartlar, tapşırıqlar və fəaliyyətlər mövzusunda fikir mübadiləsi aparılır.
NATO ilə bu tip müzakirələr 2016-ci ilə aid Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən aparılır.
2005-ci ilin oktyabrda prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.
Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvlük məsələsi qoyulmayıb.
Müxalifət hesab edir ki, hakimiyyətin NATO ilə əməkdaşlığa sərhəd qoyması iki amillə bağlıdır. Bir tərəfdən hakimiyyət Rusiyanı qıcıqlandırmaq istəmir, ikinci tərəfdən isə islahatlardan çəkinir.