Fransada keçiriləcək futbol üzrə Avropa çempionatına iki gün qalır.
Milli komandalar Fransaya toplaşmaqda davam edir.
Azərbaycanın "Qarabağ”ı klubunun müdafiəçisi Ansi Aqollinin çıxış etdiyi Albaniya millisi də artıq Fransaya gedib və adı çəkilən ölkədə ilk məşqinə çıxıb.
Qeyd edək ki, A qrupunda qərarlaşan Albaniya millisi Fransa, İsveçrə və Rumıniya ilə mübarizə aparacaq.