Etirazlarda biznesmen təqsirli bilinir

May etirazlarında polis

-

Qazaxıstanda bir biznesmen son antihökumət etirazlarının maliyyələşməsində ittiham olunur. İttihama görə, torpaqların özəlləşdirilməsinə qarşı etirazlar onun hakimiyyəti ələ keçirmək planının bir hissəsi imiş

Ölkənin cənubundan olan biznesmen Toqtar Toleshov yanvarda kriminal qrupları maliyyələşdirməkdə və qanunsuz narkotik saxlamaqda şübhəli bilinərək həbs edilib. Qazaxıstanın Milli Təhlükəsizlik Xidməti (KNB) iyunun 6-da bildirib ki, Toleshov-un planına “qaynar nöqtələr, etirazlar, kütləvi iğtişaş yaratmaqla ölkədəki durumu sabitsizləşdirmək daxil olub”.

Toleshov-la əlbir olmaqda şübhəli bilinən daha bir neçə nəfər, keçmiş prokuror müavini də saxlanıb. Biznesmen Rusiyada mənzillənən Terror Hədələrinin Təhlili Mərkəzinin yerli bölümünün rəhbəri idi.

Aprel və mayda Qazaxıstanda minlərlə sakin kənd təsərrüfatı torpaqlarının özəlləşdirilməsi planına qarşı etirazlar keçirib. Saxlananlar, cərimələnənlər olub.