İsveçrədə «kommunizm» ola bilər

İsveçrədə səsverməyə çağırış (arxiv fotosu)

İsveçrədə hamıya maaş verilməsi üçün referendum keçirilir.

Bu, işləyən və işləməyən bütün İsveçrə vətəndaşları və ölkədə qanuni işləmək icazəsiylə azı 5 il yaşayan bütün əcnəbilərə maaş verilməsi üçündür.

Həmin maaşın nə qədər olacağı hələ məlum deyil.

“Hamıya maaş”ı dəstəkləyənlər bunu yaxşı maaşı olan iş tapmağın get-gedə çətinləşdiyi bir dünyada yoxsulluq və bərabərsizliyə çözüm olacağını düşünür.

İsveçrədə çoxluq bunu “markisist yuxu” adlandırır. Hökumət və siyasi partiyaların demək olar ki, hamısı xalqa buna “yox” deməyə çağırıb.