Maradona hökumətinin yerinə utanıb

Maradona Venezuelanın keçmiş prezidenti Hugo Chaveslə 2010-cu ildə

Solçu baxışları ilə tanınan Argentinalı futbol ulduzu Diergo Maradona Venesuela xalqına və prezidentinə müraciət edib. O Facebook-da yazıb ki, Amerika Dövlətləri Təşkilatında Argentina hökumətinin  mövqeyi ilə bağlı üzr istəyir. O yazır ki, argentinalı olduğuna görə birinci dəfədir ki, utanır.

Həmin təşkilatda Argentina Venesuela əleyhinə sanskiyalar məsələsində səs vermədə iştirak eləmədi. Ancaq Venesuelanı dəstəkləmək də istəmədi.