Makedoniyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyunun 3-də daha bir yoldaşlıq görüşü keçirib.
Komanda Makedoniyanın müvafiq yaş qrupu ilə qarşılaşma da yenə məğlub olub.
10-cu dəqiqədə 1:0 irəlidə olan Azərbaycan millisi bu üstünlüyü qoruya bilməyib və sonda 1:2 hesabı ilə məğlub olub.
Xatırladaq ki, Azərbaycan yığması bundan əvvəlki görüşdə də rəqibinə 2:0 hesabı ilə məğlub olub.