Səudiyyə koalisiyası qara siyahıda

Yəməndə növbəti partlayışdan sonra, mart, 2016-cı il

-

BMT Yəmən hökumətini dəstəkləyən Səudiyyə Ərəbistanı koalisiyasını qara siyahıya salıb. Səbəb ötən il hava zərbələrində yüzlərlə uşağın öldürülməsidir.

2014-cü ilin sentyabrında Yəmən paytaxtı Sanaa-nı tutmuş şiə husi yaraqlıları da uşaqların hüquqlarını pozanların siyahısına salınıb. Siyahı iyunun 2-də açıqlanıb.

BMT bildirir ki, 2014-cü illə müqayisədə Yəməndə silahlı qruplaşmalara cəlb olunan və öldürülən uşaqların sayı 5-6 dəfə artıb.

Səudiyyə koalisiyası 2015-ci ilin martında husilərin geri oturdulması məqsədilə hava kampaniyasına başlayıb. Ancaq üsyançılar hələ də paytaxta və ölkənin xeyli ərazisinə nəzarət edir.