Fransanın hərbi gəmiləri ötən ay Aralıq dənizində qəzaya düşən Misir təyyarəsinin qara qutularından siqnal alıblar.
Bu gəmilər akustik sistemlə təhciz edilib.
Məlumatı iyunun 1-də Fransa aviasiya təhlükəsizliyi agentliyinin nümayəndəsi yayıb.
Qara qutuların 1 həftəyə çıxarılacağı gözlənilir.
Parisdən Qahirəyə ucan A 320 sərnişin təyyarəsi radarlardan mayın 19-da itib.
Təyyardə 66 adam olub.
Bundan əvvəl İsgərndəriyyə şəhərinin 290 kilometrliyində təyyarənin qalıqları aşkar edilmişdi.