-
İsveçrə Alp dağlarının mərkəzindən ən uzun və dərin dəmiryol xəttini açır.
57 kilometr uzunluqda olan tunel 23 milyard franklıq infrastruktur layihəsinin bir hissəsidir. Məqsəd Avropanın şimalıyla cənubunu bölən dağın altından sərnişin və yük daşınmasını sürətləndirməkdir.
Tunelin tikintisi 17 il çəkib. Mühəndislər 73 növ qayalığı qazmalı, partlatmalı olublar. Tikinti zamanı 9 fəhlə həlak olub.
Rəsmi açılış mərasimi iyunun 1-də keçiriləcək. Qonşu dövlət başçılarının iştirakı gözlənilir.