Diffamasiya mövzusunda konfrans olacaq

Karikatura

-

Mayın 31-də Bakıda diffamasiya və ifadə azadlığı sahəsində Avropa təcrübəsi mövzusunda konfrans keçiriləcək.

Konfransın təşkilatçısı Avropa Birliyi, Avropa Şurası və Azərbaycan hökumətidir.

Avropa Qonşuluq Siyasətinin İnformasiya Mərkəzindən Turan-a verilən məlumata görə, konfransda məqsəd diffamasiya və jurnalist təcrübəsi ilə bağlı milli qanunvericiliyin təkmilləşdirilməsi haqqında açıq müzakirələr aparmaqdır.

Diffamasiya başqasının şərəf və ləyaqətini alçaldan həqiqətə uyğun olmayan məlumatın yayılmasıdır. Avropa Şurası belə yazılara görə cinayət məsuliyyətinin olmaması, bunun yalnız mülki qaydada cəzalandırılmasına çalışır.