Parlament hökuməti dəstəklədi

Binali Yildirim

-

Mayın 29-da Türkiyədə hökumət parlament çoxluğunun etimad səsverməsini qazanıb. Yeni hökumətə Prezident Recep Tayyip Erdogan-ın tərəfdarı Binali Yildirim rəhbərlik edir.

Parlamentin spikeri Ismail Kahraman elan edib ki, 315 deputat Yildirim hökumətinin lehinə, 138 nəfər əleyhinə səs verib.

Yildirim parlamentdəki çıxışında deyib ki, kabineti “79 milyonluq türkü hökumətidir”.

O, “demokratiyanı sələfindən də artıq irəli aparacağını” söyləyib.

Yildirim bu postda Ahmet Davutoglu-nu əvəzləyib. Davutoglu-nun istefası prezidentlə fikir ayrılıqları ilə izah olunub.

60 yaşlı Yildirim Erdogan-ın təklif etdiyi konstitusiya dəyişikliyini dəstəkləyir. Dəyişiklik edilərsə, ölkədə baş nazirin səlahiyyəti azalacaq, prezidentlik güclənəcək.