-
Pakistanın Daxili İşlər Nazirliyi bildirir ki, DNT testi Taliban lideri Mullah Akhtar Mansur-un Pakistanda ABŞ dron zərbəsilə öldürüldüyünü təsdiqləyir.
Daha öncə ABŞ Prezidenti Barack Obama və Əfqanıstan rəsmiləri Mansur-un mayın 21-də Pakistanın Kvetta şəhəri yaxınlığındakı kənddə öldürüldüyünü bildirmişdi.
Ancaq DNT testindən öncə İslamabad Taliban liderinin öldüyünü təsdiqləməkdən imtina edirdi.
Mansur-un ölümündən sonra Mullah Haibatullah Akhundzada Talibanın yeni lideri təyin olunub.
Ancaq Talibanın bəzi fraksiyaları Akhundzada-nı dəstəkləməkdən imtina edib.