Ukraynada partlayışda 17 adam həlak olub

Ukraynada partlayış (arxiv fotosu)

Mayin 29-da Kiyevin yaxınlığında baş verən yanğında 17 adam həlak olub.

Ukrayna Fövqəladə Hallar Nazirliyi bildirib ki, 18 adam xilas edilib, onların 5-i ciddi yanıq xəsarətləri alıb.

Nazirliyin məlumatına görə, ​Kiyevin 50 km-də yerləşən Litochky kəndində, 35 adamın yaşadığı qocalar evindəki bu yanğın səhər saatlarında başlayıb.

Baş nazir Volodymyr Hroysman həlak olanların yaxınlarına başsağlığı ünvanlayıb və yanğının səbəblərinin araşdırılması ilə bağlı göstəriş verib.