Lerikdə dava qulaqkəsmə ilə bitib

Polis

-

Lerik rayonunun Veri kəndində qonşular arasında kütləvi dava düşüb. Xəbəri «Report» yayıb.

Xəbərə görə, hadisə mayın 28-nə keçən gecə otlaq sahələri üstündə gedən münaqişə zəminində baş verib. Hüseyn İsayevin yaşadığı evə 5 nəfər qonşu hücum edib. Kütləvi dava zamanı iki nəfər – ata və oğul xəsarət alıb. Bunlar 72 yaşlı Hüseyn və onun 37 yaşlı oğlu Rafael İsiyevlərdir. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Lənkəran RMX-dan «Report»a bildirilib ki, Lerik rayonundan iki nəfər ağır vəziyyətdə xəstəxanaya daxil olub: «Xəstələrdən biri baş, ayaq və bədəninin müxtəlif nahiyələrindən kəsici və küt alətlərlə xəsarətlər alıb. Digər yaralının isə hər iki qulağı kəsilib».

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.