Joze Mourinyo rəsmən "Mançester Yunayted"in baş məşqçisi təyin olunub.
Klubun rəsmi saytının məlumatına görə, onunla 3 illik müqavilə imzalayıb.
Joze Mourinyo bu vəzifədə hollandiyalı baş məşqçi Lui van Qalı əvəz edib.
Qeyd edək ki, Mourinyonun sonuncu iş yeri "Çelsi" olub.