“Liverpul"un hücumçusu Daniel Staric "Avro-2016"nı buraxa bilər.
Yerli mətbuatın yazdığına görə, buna səbəb onun yığşamnın məşqində zədələnməsi olub.
Dizindən zədə alan 26 yaşlı futbolçu sabah Avstraliya ilə keçiriləcək yoldaşlıq görüşündə meydana çıxmayacaq.
Onun "Avro-2016"da da oynayıb-oynamayacağı hələ ki, sual altındadır.
Buna tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, İngiltərə millisi B qrupunda Uels, Rusiya və Slovakiya yığmaları ilə mübarizə aparacaq.