Üçtərəfli hərbi təlimlər gələn yay olacaq

-

Azərbaycan, Türkiyə və Gürcüstan silahlı qüvvələrinin birgə hərbi təlimləri 2017-ci ilin yayında keçiriləcək. Gürcüstan Silahlı Qüvvələrinin baş qərargah rəisi Vaxtanq Kapanadze belə deyib.

ANSPRESS-in xəbərinə görə, V.Kapanadze təlimlərin yayda keçiriləcəyini bildirilib.

“Təlimlər genişmiqyaslı olacaq. Əsas məsələ isə terrorçuluğa qarşı mübarizə və təhlükəsizlik olacaq”.

Bu ayın 15-i Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü olmuşdu. Həmin görüşdə üç ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması məqsədilə birgə təlimlərin keçirilməsi qərara alınmışdı. Həmçinin hərbi təlim-təhsil sahəsində əməkdaşlığın üçtərəfli formatda təşkili, kiber təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı tərəflər arasında razılıq əldə edilmişdi.