Vaqif Səmədoğlu bu dəfə fransızca «danışdı»

Kitab

-

Xalq şairi Vaqif Səmədoğlunun fransız və Azərbaycan dillərində «Bir gün təbəssüm olmuşdum» (Un Jour, J’ai Ete Le Sourire) bilinqva şeirlər kitabı işıq üzü görüb.

AYB-nin yaydığı xəbərə görə, şeirləri fransız dilinə tərcüməçisi və ön sözün müəllifi Aliyə Məstəliyeva-Səmədova, redaktoru isə professor An Mari Polodur.

Kitabın tərtibçisi şairin ömür-gün yoldaşı Nüşabə Babayeva-Vəkilovadır.

Kitabda An Mari Polonun şairə ünvanladığıməktubu da yer alıb.

An Mari Polo yazır: «Aliyə Məstəliyeva-Səmədovanın tərcüməsində Sizin bir neçə şeirinizi özüm üçün kəşf etdim. Dilin sehri ilə oyanmış gözəl ovqat və xoş hisslər üçün səmimi qəlbdən sizə təşəkkür edirəm. Elə həmin an, mən onları yaxın dostlarıma oxudum və hamı şeirlərə heyran oldu».

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində nəşrə hazırlanan, «Mütərcim» nəşriyyatındagözəl dizayn və yüksək poliqrafiya ilə çap edilən kitabın səhifələmə və dizaynı Emil Camalova aiddir.

2014-cü ildə Vaqif Səmədoğlunun ingiliscə şeirlər toplusu - «Zülmətdə günəşə mahnı» (Song to the Sun--while sitting in darkness) çapdan çıxmışdı.

Toplunu «Azerbaijan International» dərgisinin baş redaktoru Betti Bler nəşrə hazırlamışdı.