“Yuventus" 90 milyonluq təklifi rədd elədi

Foto arxiv

İspaniyanın "Barselona" klubu “Yuventus"un hücumçusu Paulo Dibala ilə maraqlanır.

İtaliya mətbuatının yazdığına görə, klub artıq bnunla bağlı İtaliyaya rəsmi təklif də göndərib.

"Barselona" argentinalı futbolçu üçün 90 milyon avro verməyə hazır olsa da, “Yuventus” təklifi rədd edib.

Bundan başqa onun özünün də "Yuventus"da qalmaq istədiyi bildirilir.

Paulo Dibalanın 22 yaşı var.

Qeyd edək ki, o, ötən yay 32 milyon avroya "Palermo"dan "Yuventus"a transfer olunub.