“Trump demokratiyaya təhlükədir”

Hillary Clinton (solda) və Donald Trump

-

ABŞ-da prezidentliyə demokratlardan namizəd Hillary Clinton deyir ki, respublikaçı rəqibi Donald Trump demokratiyaya “təhlükədir” və ölkəyə rəhbərlik edə bilməz.

Clinton mayın 19-da CNN televiziyasına müsahibəsində söyləyib ki, Trump “Birləşmiş Ştatların prezidenti olmağa gərəkən keyfiyyətlərə malik deyil”.

“Donald Trump ölkəmizə, demokratiyamıza, iqtisadiyyatımıza ciddi təhlükə törədir”, keçmiş dövlət katibi bildirib.

Clinton Trump-ın xarici siyasət problemlərinin öhdəsindən gələ biləcəyini də şübhə altına alıb. Onun sözlərincə, Trump-ın müsəlmanlar barədə ziddiyyətli bəyanatları Vaşinqtonun terrorçuluqla mübarizədə Yaxın Şərq hökumətləri ilə işini çətinləşdirir.

Son vaxtlar Clinton-u tez-tez tənqid edən Trump, hələlik, bu deyilənlərə reaksiya verməyib.