İnsan haqları müdafiəçisinə 16 il

Narges Mohammadi (ortada) övladları ilə, arxiv fotosu

-

İranda aparıcı insan haqları fəalı 16 illik həbs cəzasına məhkum edilib. Ona qarşı ittihamlardan biri ölüm cəzasının ləğvinə çağıran kampaniyada iştirak idi.

Narges Mohammadi İnsan Haqları Müdafiəçiləri Mərkəzinin sədr müavinidir. Bu mərkəz iranlı Nobel mükafatı laureatı Shirin Ebadi-nin həmtəsisçiliyi ilə yaranıb. Nargis Mohammadi daha öncə altı illik həbs cəzasına məhkum edilmişdi.

Onun həyat yoldaşı Taghi Rahmani Farda radiosuna deyib ki, bu həbs insan haqları fəalına qarşı intiqamdır və məqsəd digər fəalları qorxutmaqdır.

Rahmani hazırda iki övladıyla Parisdə yaşayır.