Dollar 1.50-dən aşağı düşdü

-

Azərbaycan Mərkəzi Bankı manatın mayın 20-nə olan rəsmi məzənnəsini açıqlayıb.

Həmin məzənnəyə görə, mayın 20-də bir dollar 1,4987 manat olacaq.

Azərbaycanda devalvasiyadan sonra dollar ilk dəfədir ki, 1.50 manatın altına düşür.

Mayın 18-i və 19-da bir dollar 1,5017 manat olmuşdu.

Ötən il Azərbaycanda iki devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında təqribən iki dəfə dəyər itirib. Sonuncu devalvasiyada - dekabrın 21-də bir dollar 1 manat 55 qəpiyə bərabər olmuşdu. Bu ilin əvvəlində bir ara dollar 1,62-ə qədər möhkəmlənsə də son aylar əks proses gedir. Müstəqil iqtisadçılar bunu hökumətin dollara qarşı yaratdığı süni maneələrlə izah edir. Onların fikrincə bu proses ölkə iqtisadiyyatına da ciddi ziyan vurur.Bu ilin 4 ayı ərzində Azərbaycanın xarici ticarət həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 34.30 faiz azaldığı bildirilir.