Monteneqro NATO sazişini imzalayır

Monteneqro ordusu NATO təliminə hazırlaşır, arxiv fotosu

-

Mayın 19-da Monteneqro və NATO üzvlük sazişini imzalayacaqlar. Bu Balkan ölkəsi hərbi alyansın 29-cu üzvünə çevriləcək.

Monteneqronun Baş naziri Milo Djukanovic Brüsseldə NATO xarici işlər nazirlərinin ikigünlük görüşünə qatılacaq, imzalanma da həmin görüş çərçivəsində olacaq.

NATO-nun Baş katibi Jens Stoltenberg deyib ki, “alyans, Monteneqro və Qərbi Balkan ölkələrinin sabitliyindən ötrü tarixi bir gündür. NATO-nun genişlənməsi göstərir ki, alyansın qapısı açıqdır”.

Monteneqro Albaniya və Xorvatiyadan sonra Qərbi Balkanlardan NATO-ya qoşulan üçüncü ölkə olacaq.

Saziş imzalanandan sonra Monteneqro alyansın iclaslarına müşahidəçi kimi qatılacaq, çünki NATO-nun bütün üzvləri üzvlük protokolunu ratifikasiya etməlidir.