Komitə sanksiya layihəsini qəbul etdi

Sergei Magnitsky-nin üzə çıxardığı mexanizm

-

ABŞ Konqresinin komitəsi insan haqlarını pozanlara qarşı sanksiyalar nəzərdə tutan qanun layihəsini qəbul edib. Bu qanun 2012-ci ildə hazırlanmış Magnitsky Aktına oxşardır, həmin akt əsasında Vaşinqton insan haqlarını pozmaqda ittiham etdiyi rusiyalılara viza qadağaları və digər sanksiyalar qoyur.

Qlobal Magnitsky İnsan Haqları Hesabatlılığı Aktı mayın 18-də Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsindən keçib. Respublikaçı Dana Rohrabacher təklif edib ki, Magnitsky-in adı layihədən götürülsün, ancaq bu təklif keçməyib.

Sergei Magnitsky Rusiya rəsmilərinin böyük vergi fırıldağını üzə çıxarandan sonra 2009-cu ildə Moskvada həbsxanada dünyasını dəyişib. Tərəfdarları onun işgəncədən öldüyünü deyirlər.

Rohrabacher-i Rusiya Prezidenti Vladimir Putin-ə rəğbət bəsləməkdə ittiham edirlər. O, Magnitsky-nin adının layihədə saxlanmasının Moskvanı əsassız yerə provokasiyaya çəkəcəyini deyib.

Ancaq komitənin digər üzvləri deyiblər ki, bu adın saxlanması Rusiyada insan haqların ağır durumda olmasına diqqət çəkir.