Mayın 18-də futbol üzrə Avropa Liqasının finalı keçirilir.
Finalda “Liverpul”la “Sevilya” klubları qarşılaşır.
İsveçrənin Bazel şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayır.
Qeyd edək ki, “Sevilya” ndiyədək 4 dəfə Avropa Liqasının qalibi olub, özü də turnirin son qalibidir.
“Liverpul” isə üç dəfə UEFA kuboku qazanıb.
18 may
Avropa Liqası, final
22:45. “Liverpul” (İngiltərə) - “Sevilya” (İspaniya)
Hakimlər: Yonas Eriksson, Matias Klasenius, Daniel Varnmark (hamısı İsveç), Sveyn Oddvar Moen (Norveç)
Bazel. “Sent Yakob-Park” stadionu