Mayın 18-də 17 yaşadək futbolçular arasında Bakıda keçirilən Avropa çempionatının ilk finalçısı bəlli olub.
Günün ilk oyununda Portuqaliya ilə Hollandiya qarşılaşıb.
Rəqibinə 2:0 hesabı ilə qalib gələn Portuqaliya millisi finala çıxıb.
Digər qarşılşmada isə Almaniya və İspaniya milliləri üz-üzə gələcək.
Hər iki görüş «Dalğa Arena»da keçirilir.
Qeyd edək ki, yarışlarda 16 komanda iştirak edirdi.
Çempionata Portuqaliya komandasına 0:5 hesablı məğlubiyyətlə başlayan Azərbaycan komandası qrup mərhələsindən çxa bilməyib.
Final görüşü mayın 21-də «Bakcell Arena»da baş tutacaq.