Orduda insan haqlarından danışılacaq

-

Müdafiə Nazirliyi silahlı qüvvələrdə "İnsan hüquqları" aylığı çərçivəsində tədbirlər keçirməyi planlaşdırır.

Nazirliyin saytı xəbər verir ki, qarşıdakı ay ərzində bütün birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində insan hüquqlarının mahiyyətindən danışılacaq.

Hüquq və azadlıqların pozulmasının qarşısının alınması yollarından bəhs edən konfranslar, "dəyirmi masalar"ın keçiriləcək.

Tədbirlərə mütəxəssislərin, hüquqşünasların cəlb ediləcəyi bildirilir.