BOK Prezidenti dopinqdən yazdı

Thomas Bach

-

Beynəlxalq Olimpiya Komitəsi (BOK) İsveçrənin Luizana şəhərindəki antidopinq laboratoriyasına göstəriş verəcək ki, 2014-c il Soçi Qış Olimpiadasının nümunələrini “ən müasir və səmərəli metodlardan istifadə etməklə” bir daha yoxlasın. Bunu qurumun prezidenti Thomas Bach deyir.

Bu günlərdə yayılmış iddialara görə, Soçidə onlarla rusiyalı atlet “dövlətin idarə etdiyi dopinq proqramı”ndan yararlanıblar.

“Bu iddialar təsdiqlənsə, dopinqdən istifadənin sarsıdıcı miqyasını, kriminal fəaliyyətin görünməmiş həddini ortaya qoymuş olar”, Thomas Bach mayın 18-də Fransanın “Le Monde” qəzetində yazır.

Noyabrda dopinq qalmaqalı çıxandan rusiyalı atletlər beynəlxalq yarışlardan uzaqlaşdırılıblar.

Bach deyir ki, 2008 və 2012-ci il Olimpiadalarının nümunələrinin yenidən yoxlanması “dopinq atmış onlarla atletin” Rio de Janeyroda Olimpiya Oyunlarına qatılmasının qarşısını alacaq.