Bankların ödədiyi vergi 30 faiz azalıb

Vergilər Nazirliyi

-

«Bank sektorundan vergi daxilolmaları azalıb».

APA-nın xəbərinə görə, bunu bu gün keçirilən mətbuat konfransında vergilər nazirinin müavini İlkin Vəliyev deyib.

İ.Vəliyev bildirib ki, bu ilin yanvar-aprel ayları ərzində ötən ilin analoji dövrü ilə müqayisədə bank sektorundan vergi daxilolmalarında 30 faiz azalma qeydə alınıb.

2016-cı ilin yanvar-fevral aylarında Mərkəzi Bank 7 bankın lisenziyasını ləğv edib. Bir sıra banklara konsolidasiya təklifləri verib.

Sonradan onlardan birinin –«NBC Bank»ın lisenziyası qaytarılıb.

Üstəlik, bank sektorunda 1.5 milyard manat həcmində problemli kreditlərin olduğu bildirilir.