"Ştutqart"ın prezidenti Bernd Valer istefa verib.
Almaniya mətbuatının yazdığına görə, buna səbəb komandanın Bundesliqanı tərk etməsidir.
Bernd Valerkomandanın 2015/2016 mövsümündə II Bundesliqaya düşməsinə görə özünü təqsirli saydığından istefa verəcəyini bildirib.
Qeyd edək ki, "Ştutqart" sonuncu dəfə 1977-ci ildə Bundesliqanı tərk etmişdi.