Mərkəzi Bank 15 milyon aldı

Mərkəzi Bank

-

Mayın 17-də növbəti valyuta hərracı keçirilib.

Dövlət Neft Fondu hərraca 50 milyon ABŞ dolları çıxardığını bildirir.

Fondun məlumatına görə, bu vəsaitdən 34 milyon hərraca qatılan 8 banka, 15 milyon dollar isə Mərkəzi Banka satılıb.

Son vaxtlar hərraca çıxarılan valyutanın böyük bir hissəsini Mərkəzi Bank alır. Müstəqil iqtisadçılar bunun effektiv olmadığını qeyd edir, xarici valyutanın hökumətin bir cibindən çıxarılıb, o birinə qoyulması kimi dəyərləndirirlər.

Mayın 1-də Mərkəzi Bankın valyuta ehtiyatlarının 4 milyard 120 milyon dollara çatdığı açıqlanıb. Ancaq son iki ildə Mərkəzi Bankın valyutası təqribən 4 dəfə azalıb. 2014-cü ilin ortalarında bu vəsait 15 milyard dollardan çox idi.