Makedoniyada seçkiqabağı kampaniya

Nikola Gruevski

Mayın 16-da Makedoniyada seçkiqabağı kampaniya başlanıb.

Qeyd edək ki, iyunun 5-də bu ölkədə parlament seçkisi keçiriləcək.

Müxalifət seçkini baykot etdiyindən seçkidə yalnız keçmiş baş nazir Nikola Gruevskynin başçılqı etdiyi hakim koalisiya iştirak edəcək.

Müxalifətdə olan Sosial-Demokrat partiyası ölkədə azad və ədalətli seçki şəraiti yaradılmadığını deyir.

Həmçinin digər iki partiya da seçkini baykot edir.

ABŞ və Avropa Birliyi Makedoniyanı seçkini təxirə salmağa çağırıblar.

2015-ci ilin fevralından ölkədə siyasi böhran yaranıb.

Buna səbəb telefon danışıqlarına qulaq asılması olub.