1 gündə 3 nəfərin özünü asdığı deyilir

-

Tovuz rayonunda intihar hadisəsinin baş verdiyi bildirilir.

Report-un xəbərinə görə, hadisə rayonun "Semzavod" qəsəbəsində qeydə alınıb.

Həmin qəsəbənin sakini, 39 yaşlı Səməd Hüseynovun yaşadığı evdə asılmış meyiti tapılıb.

Tovuz Rayon Polis Şöbəsindən bildirilib ki, hadisəsə ilə bağlı araşdırmalara başlanıb. Hadisənin hansı səbəbdən baş verməsi, hələlik, açıqlanmır.
Bu gün bundan öncə, ölkədə daha iki intihar xəbəri yayılmışdı.

Xəbərlərin birində Bakıda 57 yaşlı kişinin özünü asdığı bildirilirdi.

Başqa bir xəbərdə isəLənkəran şəhərində 22 yaşlı gənc qızın özünü asaraq canına qıydığı söylənirdi.

Son illər mətbuatda dərc edilən araşdırmalarda Azərbaycanda intihar hallarının artdığı bildirilir. Əslində, bunu rəsmi qurumlar da təsdiq edir. Ancaq Azərbaycanda intihar hallarını ayrıca araşdıran mərkəz yoxdur. Mətbuatda dərc edilən araşdırmalarda insanların daha çox maddi problemlərdən canlarına qıydıqları yazılır.