Yeni Braziliya lideri birliyə çağırdı

Michel Temer

Müvəqqəti Braziliya prezidenti Mişel Temer xalqa ilk müraciətində ölkəni birliyə çağırıb.

O, bildirib ki, siyasi partiyalar, ictimai təşkilatlar və bütün Braziliya xalqı yaranmış dərin böhrandan çıxmaq üçün birləşməlidir.

Keçmiş vitse-prezident və mərkəzçi demokratik hərəkatın lideri Temer dünən yeni hökumət yaradıb.

Qeyd edək ki, Braziliya senatı cümə axşamı prezident Dilma Rusefin fəaliyyətini 6 aylıq dayandırıb.

O, korrupsiyada ittiham olunur.

Əgər bu müddət ərzində ittihamlar təsdiqlənsə, o, hakimiyyətdən getməli olacaq və bundan sonra məsuliyyətə cəlb oluna bilər.