Hərbi təlim keçirilib

Zakir Həsənov cəbhə bölgəsində, 10 may

Zakir Həsənov cəbhə bölgəsində, 10 may

-

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə cəbhəboyu zonada yerləşən hissə və bölmələrin zirehli texnikalarından ibarət qrupların döyüş hazırlığı təlimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, təlimlər zamanı döyüş texnikası və piyadaların atıcı silahlarından döyüş sursatları ilə praktiki atışlar icra edilib.
Bölmələr birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetiriblər.

Bu gün, Müdafiə naziri Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.