Türkiyənin Diyarbəkr şəhərində minalanmış maşının polis maşınına çırpılması nəticəsində azı 3 nəfər ölüb,12 polis də daxil olmaqla 45 nəfər yaralanıb.
Rəsmilərin sözlərinə görə hücum mayın 10-da şəhərin mərkəzində törədilib.
Bu bölgədə əsasən kürdlər yaşayır.
Anadolu agentliyinin məlumatına görə həmçinin mayın 10-da ölkənin şərqindəki Van əyalətində minanı zərərsizləşdirmək istəyərkən 2 polis ölüb.
PKK ötən ilin yayında Türkiyə hökuməti ilə atəşkəs sazişindən çıxdıqdan sonra ölkədə zorakılıqların artdığı müşahidə olunur.