Obama Xirosimaya gedəcək

Barack Obama

ABŞ prezidenti Barack Obama Xirosimaya tarixi səfər edəcək.

Bu, ayın sonunda onun Asiya ölkələrinə səfəri çərçivəsində baş tutmalıdır.

Bu barədə mayın 10-da Ağ ev məlumat yayıb.

Obama Xirosimaya Yaponiyanın baş naziri

Shinzo Abe ilə birlikdə baş çəkəcək.

Qeyd edək ki, onun mayın 21-28 arası Yaponiya və Vyetnama səfəri nəzərdə tutulur.

Obamanın Yaponiyaya səfəri zamanı həmçinin iqtisadi əməkdaşlıq, təhlükəsizlik və digər qloblar problemlər müzakirə olunacaq.

ABŞ prezidenti səfər zaman böyük 7-lər ölkələrinin sammitinə də qatılacaq.