Almaniyadakı hücumu islamçı törətməyib

Germany -- Police investigators looks at bloodstained footprints leading out of a train and on a platform following a knife attack in Grafing train station, south east of Munich, May 10, 2016

“Almaniyanın Qrafinq şəhərində törədilən hücumun islamçılarla bağlılığına sübut yoxdur”.

Bunu Bavariyanın daxili işlər naziri Joachim Herrmann mayın 10-da keçirdiyi mətbuat konfransında deyib.

Qeyd edək ki, 1 nəfər mayın 10-nu səhər saat 5 radələrində vağzalda 4 adamı bıçaqlayıb.

Yaralılardan biri bir neçə saatdan sonra xəstəxanada keçinib.

Qalan 3 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bu şəhər Münhenin 30 kilomertrliyində yerləşir.

Hücum edən hadisə yerindəcə yaxalanıb.

Bundan əvvəl 27 yaşlı həmin şəxsin Almaniya vətəndaşı olduğu və “Allahu Akbar” qışqırdığı bildirilirdi.

Qeyd edək ki, islamçıların son hücumlarından sonra Belçika, Fransa və Avropanın digər şəhərlərində təhlükəsizlik tədbirləri gücləndirilib.